BANM-də SOCAR-Türkiyənin təqdimatı olub

BANM-də SOCAR-Türkiyənin təqdimatı olub
# 13 aprel 2017 08:59 (UTC +04:00)

Bakı Ali Neft Məktəbində (BANM) SOCAR-Türkiyə şirkətlər qrupunun rəhbərliyi ilə görüş keçirilib.

BANM-dən APA-ya bildirilib ki, görüşdə rektor Elmar Qasımov, SOCAR-Türkiyə şirkətininin İnsan resursları üzrə departamentin rəhbəri Dinar Məmmədova, İnsan resursları üzrə şöbəsinin koordinatoru Sibel Uğur, Əməliyyatlar üzrə departamentinin rəhbəri Emil Eminov, Maliyyə və satınalmalar üzrə şöbənin mütəxəssisi Funda Fidan, Star Rafineri şirkətinin Planlaşdırma və Optimizasiya üzrə şöbənin müdiri Eray Sarıbaş, Star Rafineri Təhsil üzrə şöbəsinin meneceri İlhan Çağlar, PETKİM şirkətinin İnsan resursları üzrə şöbənin müdiri Bəhruz Babayev, Ali Məktəbin professor-müəllim heyəti və tələbələr iştirak edib.

Tədbirdə BANM-in 30 məzunu SOCAR-Türkiyə şirkətlərində mütəxəssis vəzifələrində çalışması və 5-7 tələbənin istehsalat təcrübə keçməsi məsələləri müzakirə olunub.

Elmar Qasımov Ali Məktəbin tələbələri üçün belə fürsətlərin və geniş imkanların hər il yaradılacağını bildirib. O deyib ki, Ali Məktəb dünyanın bir sıra neft-qaz şirkətləri ilə geniş əlaqələr qurub və bu səmərəli əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. Rektor BANM tələbələrinin və məzunlarının SOCAR-ın müəssisələrində təcrübəyə cəlb olunduqlarını xatırladaraq, BANM-in SOCAR-Türkiyə və Petkim şirkəti ilə əməkdaşlığından da söz acıb. O

Emil Eminov şirkətin tarixindən, fəaliyyətindən, beynəlxalq layihələrdən və mühüm inkişaf mərhələlərdən bəhs edib.

Eray Sarıbaş STAR neft emalı zavodunun fəaliyyətindən danışaraq, bildirib ki, sözügedən zavodun inşası həm də dünyanın ekoloji cəhətdən ən sağlam, effektiv və müasir texnologiyalara əsaslanan layihələrindən biridir.

Dinar Məmmədova tələbələrə proqram, seçim prosesi və təcrübə haqqında təqdimatla çıxış edib. Seçim imtahan və müsahibə əsasında aprel ayının sonunda keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR