Merkelin partiyası Ştaynmayerin prezidentliyə namizədliyini dəstəkləyib

Merkelin partiyası Ştaynmayerin prezidentliyə namizədliyini dəstəkləyib
# 14 noyabr 2016 13:59 (UTC +04:00)

Almaniya kansleri Angela Merkelin rəhbərlik etdiyi Xristian Demokratlar Partiyası xarici işlər naziri Frank Valter Ştaynmayerin prezidentliyə namizədliyini dəstəkləyib.

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, xristian demokratlarla eyni blokda təmsil olunan Xristian Sosial İttifaqının lideri Horst Zeehofer də Ştaynmayerə dəstəyini ifadə edib.

Xatırladaq ki, iyunda 76 yaşlı prezident Yoahim Hauk növbəti seçkilərdə namizədliyini irəli sürməyəcəyini açıqlayıb. Almaniyada seçkilər gələn il fevralın 12-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR