Mədəniyyət və İncəsənət Universitetinin yoxsul tələbələri təhsil kreditləri alacaq

Mədəniyyət və İncəsənət Universitetinin yoxsul tələbələri təhsil kreditləri alacaq
# 18 noyabr 2016 12:55 (UTC +04:00)

"Maarifçi" Tələbə Kredit Fondu və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univeristeti arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, müqaviləyə əsasən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aztəminatlı ailələrdən olan tələbələri fondun təqdim etdiyi təhsil kreditlərindən yararlanacaq.

Qeyd edək ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılmış “Maarifçi” Tələbə Kredit Fondu dövlət ali təhsil müəssisələri – Azərbaycan Dillər, Azərbaycan Dövlət Pedaqoji, Azərbaycan Dövlət Neft və Sənaye, Azərbaycan Texniki, Azərbaycan Dövlət İqtisad, Azərbaycan Memarlıq və İnşaat, Bakı Dövlət, Bakı Slavyan, Gəncə Dövlət Sumqayıt Dövlət universitetləri tərəfindən təsis olunub. Fondun əsas missiyası təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR