Türkiyədə 5,3 maqnitudalı zəlzələ olub

Türkiyədə 5,3 maqnitudalı zəlzələ olub
# 12 fevral 2017 15:42 (UTC +04:00)

Bu gün saat 17.48 radələrində Türkiyədə 5,3 maqnitudalı zəlzələ olub.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə Təbii Fəlakət və Fövqəladə Vəziyyət İdarəetməsi Nazirliyi zəlzələnin ocağının Çanaqqala rayonunun Ayvacıq qəsəbəsində, 20.81 km dərinlikdə olduğunu açıqlayıb.

Zəlzələ Çanaqqala iilə bərabər Bursa, İzmir, İstanbul rayonlarında da hiss edilib.

Qeyd edək ki, bundan öncə bu gün saat 16.14 radələrində Çanaqqalada 4 maqnitudalı zəlzələ baş verib. Zəlzələnin ocağı 15.29 km dərinlikdə yerləşib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR