Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak edənlərdən qayınları və baldızları barədə məlumat vermək tələb olunacaq

Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak edənlərdən qayınları və baldızları barədə məlumat vermək tələb olunacaq
# 26 dekabr 2019 00:59 (UTC +04:00)

Nazirlər Kabineti “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”nda dəyişiklik edib.

APA-nın məlumatına görə, bu Qaydalar dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısını və sənədlərin qəbulu qaydalarını müəyyən edir.

Dəyişikliyə əsasən, “Dövlət qulluğu üzrə müraciət Forması”nda fərdi identifikasiya nömrəsi (FİN) barədə məlumat qeyd edilməlidir. Eyni zamanda “Dövlət qulluğu üzrə müraciət Forması”nda vətəndaşın ailə vəziyyəti və yaxın qohumları haqqında məlumatlar bölməsinə ata, ana, qardaşları, bacıları, arvadı (əri), uşaqları, qayınata və qayınanası ilə bərabər artıq qayınları və baldızları barədə də məlumatın əlavə olunması tələbi qoyulub. Başqa sözlə, həmin qohumların soyadı, adı və atasının adı, doğulduğu tarix “(gün, ay, il) və yer, iş yeri və vəzifəsi, yaşadığı ünvan barədə məlumat qeyd olunmalıdır.

Digər dəyişikliyə görə isə bundan sonra “Dövlət qulluğu üzrə müraciət Forması”nda vətəndaşın seçkili orqanlarda iştirakı barədə məlumatın qeyd olunması tələb edilməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR