Sabiq icra başçısı vurulan ziyanı ödəmək üçün məhkəmədən vaxt istəyib

Sabiq icra başçısı vurulan ziyanı ödəmək üçün məhkəmədən vaxt istəyib
# 25 iyul 2018 09:37 (UTC +04:00)

Bakı Ağır Cinayətlər məhkəməsində 1992-ci ildə Ağcabədi rayonunun icra başçısı işləmiş Münsif Məmməd oğlu Səfərov və Rüstəm Ərəstun oğlu Bayramovun məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən M. Səfərov zərərçəkmişə vurulan ziyanın ödənilməsi üçün məhkəmədən vaxt istəyib.

Buna görə məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Fərabi Mənsur adlı şəxsin evini dələduzluq yolu ilə ələ keçirərək bankdan küllü miqdarda pul götürüblər.

İtiiham aktına görə, Fərabi Mənsura 60 min manat ziyan vurublar və hər iki şəxsə qarşı cinayət məcəlləsinin 178.3.2-ci (dələduzluq; küllü miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

R. Bayramov barəsində həbs qətimkan tədbiri seçilsə də, M. Səfərov haqqında başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR