İsrail Suriya ərazisinə hava zərbəsi endirib

İsrail Suriya ərazisinə hava zərbəsi endirib
# 27 noyabr 2016 19:40 (UTC +04:00)

İsrail hərbi təyyarələri Suriya ərazisinə hava zərbəsi endirib.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, hücum nəticəsində 4 İŞİD silahlısı məhv edilib.

İsrail müdafiə ordusunun nümayəndəsi Piter Lerner bildirib ki, İsrail cavab olaraq Suriya ərazisinə zərbələr endirib. O, bundan əvvəl İsrail patrulunun Holan yüksəkliklərindən pulemyot və qumbaraatanlardan atəşə tutulduğunu bildirib.

“İsrail hərbçiləri arasında ölən və yaralanan yoxdur”, deyə P.Lerner vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR