ADA-da Şimali Koreyanın nüvə probleminə dair dəyirmi masa təşkil edilib

ADA-da Şimali Koreyanın nüvə probleminə dair dəyirmi masa təşkil edilib
# 24 noyabr 2016 14:16 (UTC +04:00)

Bu gün ADA Universitetində Koreyanın Azərbaycandakı səfirliyi ilə birlidə Şimali Koreyada nüvə məsələsinə dair dəyirmi masa təşkil edilib.

APA-nın məlumatına görə, dəyirmi masada çıxış edən Cənubi Koreyanın Azərbaycandakı səfiri Kim Çanq-Qyu Şimali Koreyanın nüvə silahlarının tək qonşu ölkələr üçün deyil, bütün dünya üçün təhdid olduğunu bildirib.

Onun sözlərinə görə, bu texnologiya dünyanın istənilən nöqtəsinə çata bilir. Səfir qeyd edib ki, Şimali Koreyadakı rejimin əsl simasını dünya ictimaiyyətinə göstərmək lazımdır.


Cənubi Koreyanın Yonsei Universitetinin professoru Sanqtu Ko isə geosiyasi baxımdan Azərbaycanla Koreya arasında bir sıra oxşarlıqların olduğunu bildirib. Onun sözlərinə görə, hər iki ölkə böyük güclərin arasında yerləşir və balanslı siyasət yürüdür. Professor Koreyanın hər zaman dəniz və kontinental güclər arasında müharibə zonası olduğunu və Şərqi Asiyanın bu gün üzləşdiyi ən böyük təhdidlərdən birinin Şimalı Koreyanın nüvə probleminin olduğunu deyib: "Koreya yarımadası yaxınlığında olan bütün ölkələr nüvə silahına malikdir. Lakin ABŞ, Rusiya, Çində olan nüvə silahları siyasi baxımdan nəzarətdədir. Şimali Koreya rəhbərliyi isə istənilən an nüvə müharibəsinə başlaya bilər. Bu problemin hərbi yolla həlli çətindir. Biz 20 ildən çoxdur Şimali Koreyaya diplomatik təzyiq göstəririk. Lakin bunun da effekti olmur. Ən effektli yollardan biri sanksiyaların tətbiq olunmasıdır. Bu il BMT TŞ-nin qəbul etdiyi qətnamə 20 ildə qəbul edilmiş ən güclü sənəddir. Biz beynəlxalq ictimaiyyəti bu istiqamətdə daha aktiv olmağa çağırırıq. Həmçinin Azərbaycana təklif edirik ki, Cənubi Koreyanın Şimali Koreyanın nüvə siyasətinə qarşı səylərində iştirak etsin".



Öz növbəsində Hallim Universitetinin professoru Çi Han Kim Koreya yarımadasında baş verən münaqişələr barədə danışıb.

Sonra tədbir sual-cavab formatında davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR