"Fitch": "PAŞA Bank"ın Türkiyədəki törəməsinin reytinqi üzrə proqnoz neqativdir

"Fitch": "PAŞA Bank"ın Türkiyədəki törəməsinin reytinqi üzrə proqnoz neqativdir
# 07 aprel 2017 07:38 (UTC +04:00)

"Fitch" beynəlxalq reytinq agentliyi “Paşa Yatırım Bankası”nın uzunmüddətli reytinqini “A” səviyyəsində təsdiq edib. “APA-Economics” agentliyin yaydığı məlumata istinadən xəbər verir ki, proqnoz neqativdir.

Məlumatda bildirilir ki, “Paşa Yatırım Bankası”nın reytinqi onun səhmlərinin 99,9%-nə sahib Azərbaycandakı ana müəssisəsi olan “PAŞA Bank”ın reytinqindən qaynaqlanır. “Sistem əhəmiyyətli bank olduğu üçün “PAŞA Bank”ın reytinqi də öz növbəsində Azərbaycan hökumətinin göstərdiyi dəstəyə əsaslanır. “Paşa Yatırım Bankası”nın proqnozunun neqativliyi də onun əsas səhmdarı olan “Paşa Bank”ın reytinqini, bu isə öz növbəsində Azərbaycanın suveren reytinqini əks etdirir”, - deyə hesabatda bildirilir.

Agentliyin mütəxəssisləri qeyd edir ki, bank “PAŞA Bank”dan maliyyə dəstəyi alaraq sürətlə inkişaf edir: “Aktivlərin keyfiyyəti bu günə qədər yüksək olub, ötən ilin sonuna “Fitch”in “Əsas Kapital” əmsalı üzrə göstərici 53% təşkil edib ki, bu da “PAŞA Bank” tərəfindən törəmə müəssisəyə böyük həcmdə ilkin kapital köçürülməsinin nəticəsidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR