Göygöldə yük maşını 21 yaşlı qadını vurub - VİDEO

Göygöldə yük maşını 21 yaşlı qadını vurub - <span style="color: red;">VİDEO
# 12 avqust 2015 10:55 (UTC +04:00)

Göygöl. Azər Məmmədli – APA. Göygöl rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb. Göygöl rayon sakini Binəli Tapışanov idarə etdiyi “KamAZ” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən Astara rayon sakini, 1994-cü il təvəllüdlü Aytac Abdullayevi vurub. Ağır bədən xəsarətləri alan 21 yaşlı qadın Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR