ABŞ-da “qara cümə”də 2 nəfər ölüb, 4 nəfər yaralanıb

ABŞ-da “qara cümə”də 2 nəfər ölüb, 4 nəfər yaralanıb
# 26 noyabr 2016 01:30 (UTC +04:00)

ABŞ-da "qara cümə" adlı milad öncəsi endirimli satış mövsümünün açılışı zamanı 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

APA-nın “New York Daily News” qəzetinə istinadən verdiyi xəbərə görə, Nyu-Cersi ştatında “Macy's” univermağının qarşısında naməlum şəxs iki gənci güllələyib. Onlardan biri hadisə yerində, digəri isə xəstəxanada ölüb.

Nevada ştatının Reno şəhərində, “Walmart” hipermarketinin avtomobil dayanacağında bir alıcı digərini güllələyərək öldürüb. Cinayətkar hadisə yerindən qaçıb.

Daha 3 nəfər Tennessi ştatının Memfis və Çattanuqa şəhərlərində güllə yarası alıb.

Məlumata görə, son sutka ərzində ticarət mərkəzlərində azı 4 silahlı insident baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR