MBNP “Strateji Yol Xəritəsi”nin icrası istiqamətində sahibkarlarla görüş keçirib

MBNP “Strateji Yol Xəritəsi”nin icrası istiqamətində sahibkarlarla görüş keçirib
# 02 fevral 2018 10:24 (UTC +04:00)

“Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji yol Xəritəsi”nin “Sahiblik düşüncə tərzinin dəyişdirilməsi” tədbiri çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən “Kapital bazarları vasitəsilə maliyyələşmə, listinq və investisiyalar” mövzusunda tədbir keçirilib.

Palatadan "APA-Economics"ə verilən məlumata görə, tədbirin məqsədi sahibkarlara klassik maliyyələşmə mənbələrinə alternativ olaraq kapital bazarları vasitəsilə maliyyələşmə imkanlarının təşviqi, fond birjasında listinqə çıxış və kapital bazarlarında investisiyalar barədə məlumatların verilməsi olub.

Tədbirdə şirkətlərə kapital bazarları və onun üstünlükləri barədə ətraflı məlumat verilib, Palata, Bakı Fond Birjası və AFBİA tərəfindən üç mövzuda təqdimatlar keçilib, sonda kapital bazarlarından maliyyələşmə və kapital bazarlarında investisiya məsələləri üzrə geniş müzakirələr aparılıb.

İnteraktiv formatda keçirilən tədbirdə eyni zamanda BFB tərəfindən həyata keçirilən və kapital bazarları vasitəsilə maliyyələşmək niyyətində olan şirkətlərə “Listinq Məsləhət Proqramı” haqqında ətraflı məlumat verilib, onların çoxsaylı sualları cavablandırılıb.

Qeyd edək ki, tədbirdə Maliyyə Bazarlarına Nəzarət Palatası, ASK, Bakı Fond Birjası (BFB), Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının nümayəndələri (AFBİA) və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR