Ukraynalı boksçu: “I Avropa Oyunları mənim üçün çox önəmli sınaq oldu”

Ukraynalı boksçu: “I Avropa Oyunları mənim üçün çox önəmli sınaq oldu”
# 27 iyun 2015 09:02 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Bakı-2015 mənim karyeramda ilk böyükmiqyaslı başlanğıc olub. I Avropa Oyunları hərtərəfli xoşuma gəlib”.

APA-nın məlumatına görə, bunu sportonline.ua saytına müsahibəsində ukraynalı boksçu Yuri Samofalov deyib.

O bildirib ki, həm təşkilatçılıq, həm də yarışlar yüksək səviyyədə olub. “Belə bir yarışda medal qazanmaq həqiqətən şərəflidir. Həm təşkilatçılıq yüksək səviyyədədir, həm də idman obyektləri. Sözün düzü, mən bu cür arenada ilk dəfədir çıxış edirəm. Ümid edirəm ki, bundan sonra Olimpiadada iştirak edəcəyəm. İlk Avropa Oyunları Olimpiada öncəsi mənim üçün çox önəmli sınaq oldu”, - deyə ukraynalı atlet vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR