Yevlaxda qətl törədilib

Yevlaxda qətl törədilib
# 11 iyul 2017 07:54 (UTC +04:00)

Yevlaxda qətl hadisəsi baş verib.

Yevlax Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Xaldan qəsəbəsi, Ərik bağı deyilən ərazidə 1949-cu il təvəllüdlü Azər Knyaz oğlu Həmidov münaqişə zəminində tanışı, 1973-cü il təvəllüdlü Qorxmaz Sirac oğlu Bəşirovu bıçaqlayaraq qətlə yetirib.

İlkin məlumata görə, hadisə borc pul üstündə baş verib.

Qətli törədən şəxs tutulub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR