Joze Mourinyo dələduzluq ittihamı ilə Madrid məhkəməsinə çağırılıb

Joze Mourinyo dələduzluq ittihamı ilə Madrid məhkəməsinə çağırılıb
# 29 sentyabr 2017 20:54 (UTC +04:00)

"Manchester United" futbol komandasının baş məşqçisi Joze Mourinyo "vergi fırıldaqçılığı" ilə bağlı Madrid şəhər məhkəməsinə çağırılıb.

APA-nın “Sky Sports”-a istinadən verdiyi xəbərə görə, portuqaliyalı mütəxəssis noyabrın 3-də məhkəmədə ifadə verməlidir.

İyunda İspaniya prokurorluğu Mourinyonu vergidən yayınmaqda ittiham edib. Məlumata görə, portuqaliyalı məşqçi 2011 və 2012-ci illər ərzində 3.3 milyon avro vergidən yayınıb. Qeyd edək ki, Mourinyo 2010-2013-cü illərdə Madrid “Real”ının baş məşqçisi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR