Xaçmazda silsilə oğurluqlar edən şəxs tutulub

Xaçmazda silsilə oğurluqlar edən şəxs tutulub
# 15 iyul 2015 12:08 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Xaçmazda silsilə oğurluqlar edən şəxs tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 3-də şəhər sakini Adil Mirzəbəyovun evindən 1040 manat oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş Eyvaz Paşayev tutulub.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Əlfəddin Həmidov, Natiq Babayev, Mirvari Əsədullayeva və İqrar İsmayılova məxsus evlərdən pul və qızıl əşyalar oğurlaması da müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR