Sumqayıtda avtomobil ağaca çırpılıb, sürücü ölüb, 2 nəfər xəsarət alıb

Sumqayıtda avtomobil ağaca çırpılıb, sürücü ölüb, 2 nəfər xəsarət alıb
# 20 noyabr 2016 10:22 (UTC +04:00)

Sumqayıt şəhəri, Bakı-Quba yolunun 19-cu kilometrliyində “RENAULT” markalı minik avtomobili idarəetməni itirərək ağaca çırpılıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub.

Xilasedicilər deformasiyaya uğramış avtomobilin içərisində sıxılmış vəziyyətdə qalan 2 nəfəri və 1988-ci il təvəllüdlü Elşən Qismət oğlu Əliyevin cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 09:58-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR