Hacı Qalib Salahzadənin oğlunun məhkəməsində "Azərsu" əməkdaşları ifadə verib

Hacı Qalib Salahzadənin oğlunun məhkəməsində "Azərsu" əməkdaşları ifadə verib
# 30 noyabr 2017 09:57 (UTC +04:00)

Bu gün Nəsimi rayon Məhkəməsində sabiq deputat Hacı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin cinayət işi üzrə məhkəmə iclası davam edib.

APA-nın məlumatına görə, hakim Şəlalə Həsənovanın sədrlik etdiyi iclasda şahid qismində "Azərsu" ASC-nin əməkdaşı Nazim Tağıyev və şöbə müdiri Faiq adlı şəxs ifadə verib.

Bildiriblər ki, zərərçəkmiş şəxs kobudluq edib, hadisə buna görə baş verib.

Proses dekabrın 5-də davam edəcək.

Qeyd edək ki, ötən iclasda zərərçəkmiş Elbəy Mirzəyev hər hansı şikayət və tələbinin olmadığını deyib və şikayət ərizəsini geri götürüb.

Ə. Salahzadə bir müddət əvvəl həbs edilib. Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla onun barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ə. Salahzadə "Azərsu" əməkdaşını döyməkdə təqsirli bilinir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR