Kristiano Ronaldo ÇL qrup mərhələsinin bütün oyunlarında qol vuran ilk futbolçu olub

Kristiano Ronaldo ÇL qrup mərhələsinin bütün oyunlarında qol vuran ilk futbolçu olub
# 06 dekabr 2017 21:55 (UTC +04:00)

Çempionlar Liqasının qrup mərhələsinin son turunda doğma meydanda “Borussiya” ilə qarşılaşan “Real”ın oyunçusu Kristiano Ronaldo tarixə düşüb.

Apasport.az saytının məlumatına görə, qarşılaşmanın 13-cü dəqiqəsində Dortmund “Borussiya”sını məyus edən Ronaldo Çempionlar Liqası tarixində qrup mərhələsinin bütün 6 oyununda qol vuran ilk oyunçu olub. K.Ronaldo 6 oyunda rəqib qapılarından 9 top keçirib.

Qeyd edək ki, bu gün "Real" Çempionlar Liqasının qrup mərhələsinin son turunda "Borussiya" ilə qarşılaşır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR