Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 24 İyun - VİDEO

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 24 İyun - <span style="color: red;">VİDEO
# 24 iyun 2015 17:14 (UTC +04:00)

Türkiyədə koalisiya tapmacasının açar adamı Dəniz Baykaldır. Seçki şokundan ayılmağa macal tapmayan Türkiyə cəmiyyəti mümkün koalisiya ehtimallarını araşdıran zaman sürpriz Ərdoğan-Baykal görüşü baş verdi. Hətta siyasilər üçün gözlənilməz olan bu görüş AKP-CHP koalisiyasının ilk təməl daşı kimi dəyərləndirildi. CHP rəhbərliyinin prezidentlə sabiq partiya liderinin görüşünə münasibəti birmənalı deyil. Kılıçdaroğlu Baykalın görüşə onunla razılaşmadan getdiyini deyir, Baykal görüşün Ərdoğanın təklifi ilə baş tutduğunu bildirir, media isə görüş təklifinin təşəbbüskarının Dəniz Baykal olduğunu yazır. Bu versiyalar sırasında Ərdoğanın AKP-CHP koalisiyası qurulacağı təqdirdə parlament sədri postunu Baykala təklif edəcəyi də vardı. Hər kəs Baykalın parlament sədri olmasına AKP-CHP koalisiyasının ilk əlaməti kimi baxırdı. Və gözlənilənin gerçəkləşməsinə az qalıb. CHP uzun müzakirələrdən sonra parlament sədri postuna Baykalın namizədliyi irəli sürüb. AKP isə hələ namizəd müəyyənləşdirməyib. Parlamentdə mandatların bölgüsünə baxsaq, partiyaların təkbaşına sədr seçmək imkanı yoxdur. Dəniz Baykalın sədr seçilməsi üçün AKP-nin dəstəyi lazımdır. Əgər AKP ayın 27-dək namizəd müəyyənləşdirməsə, bu, partiyanın Baykalın namizədliyini dəstəkləməsi anlamına gələcək. Baykalın parlament sədri seçilməsi isə AKP-CHP koalisiyasının qurulması istiqamətindən ilk addım olacaq. İndidən Türkiyə üçün xeyirli olsun!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR