Prokuror Bakıda qadınlara qarşı quldurluq edən Qazaxıstan vətəndaşına cəza istəyib

Prokuror Bakıda qadınlara qarşı quldurluq edən Qazaxıstan vətəndaşına cəza istəyib
# 06 mart 2018 08:48 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Qazaxıstan Respublikasının vətəndaşı Alı Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Səbuhi Hüsenyovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, təqsirləndirilən şəxsin cinayətinin məhkəmə istintaqı dövründə sübuta yetirildiyini deyib.

Prokuror A. Tağıyevin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses martın 13-də davam etdiriləcək.

Qeyd edək ki, Nəsimi rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini Ülkər Rəhimovaya zor tətbiq edərək onun qızıl boyunbağısını qırıb götürərək hadisə yerindən qaçıb. Nəsimi Rayon Polis İdarəsi və ərazidə olan Əlahiddə Çevik Polis Alayının əməkdaşlarının birgə əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Alı Tağıyev hadisə yerinin yaxınlığında saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin həmin gün rayon ərazisində Dilarə Qəniyeva adlı başqa bir qadını da döyərək onun qızıl qoyunbığısını quldurluq yolu ilə ələ keçirdiyi məlum olub. Saxlanılan şəxsin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsinə Alı Tağıyevin paytaxtın Nəsimi və Nərimanov rayonları ərazisində qadınlara qarşı ümumilikdə 3 quldurluq və 2 soyğunçuluq cinayəti törətdiyi də məlum olub.

Faktla bağlı cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR