İndiyədək Ceyhan limanından dünya bazarlarına çıxarılan Azərbaycan neftinin həcmi açıqlanıb

İndiyədək Ceyhan limanından dünya bazarlarına çıxarılan Azərbaycan neftinin həcmi açıqlanıb
# 08 sentyabr 2017 08:56 (UTC +04:00)

2017-ci ilin avqust ayı ərzində 2 mln. 531 min 737 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb ki, bu da ötən ilin analoji ayı ilə müqayisədə 2,32% çoxdur.


"APA-Economics" SOCAR-ın açıqladığı rəqəmlərə istinadən xəbər verir ki, iyul ayı ilə müqayisədə Ceyhan limanından neft ixracı 4,75% artıb. Bu həcmin 1 mln. 733 min 485 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) nefti təşkil edib.

Cari ilin yanvar-avqust aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 17 mln. 239 min 539 ton təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,24% azdır.


Ümumiyyətlə, BTC istismara verilən gündən cari ilin sentyabr ayının 1-dək Ceyhan limanından 337 mln. 74 min 138 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR