Mənzilləri saxta sənədlərlə ayrı-ayrı şəxslərə təkrar satmış şirkət rəhbərinə hökm oxunub

Mənzilləri saxta sənədlərlə ayrı-ayrı şəxslərə təkrar satmış şirkət rəhbərinə hökm oxunub
# 28 fevral 2019 14:55 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və mənimsəmədə təqsirləndirilən şirkət direktoru Əkbər Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

ONA-nın xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ə. Cəfərov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, "AENT-E" MMC-nin direktorunun qanunsuz əməlləri barədə Xətai rayon məhkəməsinin xüsusi qərardadı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Araşdırmalar zamanı cəmiyyətin direktoru Ə. Cəfərovun qulluq mövqeyindən sui-istifadə edərək Xətai rayonu, Gəncə prospektində cəmiyyət tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında əvvəllər satılmış mənzilləri saxta sənədlər əsasında təkrarən ayrı-ayrı şəxslərə satmaqla 166 min 500 manat məbləğində özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməsində şübhələr müəyyən olunub. Ə.Cəfərov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.1-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə ittiham edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR