Vaşinqton: Kim Çen Inın qardaşı KXDR casusları tərəfindən qətlə yetirilib

Vaşinqton: Kim Çen Inın qardaşı KXDR casusları tərəfindən qətlə yetirilib
# 14 fevral 2017 22:42 (UTC +04:00)

Vaşinqton hesab edir ki, Şimali Koreya lideri Kim Çen Inın qardaşı Kim Çen Nam KXDR xüsusi xidmət orqanlarının casusları tərəfindən qətlə yetirilib.

APA-nın xəbərinə görə, bu barədə “Röyters”ə ABŞ hökumətindəki mənbələr bildirib.

Mənbə Kim Çen Namın qətlinin təfərrüatlarını açıqlamayıb və KXDR xüsusi xidmət orqanlarının qətllə əlaqəli olmasını təsdiqləyən dəlillər təqdim etməyib.

Qeyd edək ki, Malayziya polisi bundan əvvəl Şimali Koreyanın liderinin qardaşı Kim Çen Namın hava limanında öldüyünü təsdiqləyib. Onun ölümünün səbəbi hələlik müəyyən edilməyib.

Yerli KİV-in məlumatına əsasən, Kim Çen Nam bazar ertəsi səhər saatlarında öldürülüb. Onu Malayziyanın paytaxtı Kuala-Lumpurda hava limanında iki qadın zəhərləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR