Qənirə Paşayeva xarici ölkə rəsmilərinə ermənilərin Füzulidəki vəhşiliyi barədə məlumat verib

Qənirə Paşayeva xarici ölkə rəsmilərinə ermənilərin Füzulidəki vəhşiliyi barədə məlumat verib
# 06 iyul 2017 15:50 (UTC +04:00)


Millət vəkili Qənirə Paşayeva İspaniyada Crans Montana Forumunun 28-ci illik sessiyası çərçivəsində Malta prezidenti xanım Mari-Luiz Koleyro-Preka, Aralıq Dənizi Birliyinin baş katibi Fathallah Sijilmassi, Solomon adalarının naziri Samuel Manetoaliye, Burkina-Faso gənclər və idman naziri Tairou Bangreye, Afrika ölkələrinin tanınmış QHT rəhbərləri ilə görüşüb.

APA-nın məlumatına görə, söhbət zamanı millət vəkili işğalçı Ermənistanın qətlə yetirdiyi 2 yaşlı Zəhradan və Ermənistanın cinayətlərindən danışıb.

Q. Paşayeva bildirib ki, dünya ictimaiyyəti etnik və dini mənsubiyyətindən asılı olmayaraq bu cinayətlərə etiraz səslərini ucaltmalıdır. O, beynəlxalq ictimaiyyəti Ermənistanın vandalizm aktlarına səssiz qalmamağa çağırıb.

Millət vəkili Ermənistanın işğalçılığı üzündən evinə dönə bilməyən bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün barədə, habelə Ermənistanın yerinə yetirməkdən imtina etdiyi beynəlxalq təşkilatların qətnamələri haqqında geniş məlumatlar verib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR