Şimali Koreyanın buraxdığı raket Yaponiya üzərindən uçaraq Sakit okeana düşüb - YENİLƏNİB

Şimali Koreyanın buraxdığı raket Yaponiya üzərindən uçaraq Sakit okeana düşüb - <span style="color: red;">YENİLƏNİB
# 29 avqust 2017 00:23 (UTC +04:00)

Şimali Koreyanın buraxdığı ballistik raket Yaponiya üzərindən uçaraq Sakit okeana düşüb.

APA-nın “Kyodo” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Yaponiya nazirlər kabinetinin baş katibi Yosixide Suqa bəyan edib.

“Yerli vaxtla saat 05:58-də buraxılan raket 06:06 radələrində Hokkaydo adası üzərindən uçaraq Sakit okeana düşüb”, deyə hökumət rəsmisi qeyd edib.

Onun sözlərinə görə, raket Hokkaydo adasından 1180 km aralıda suya düşüb. İlkin hesablamalara əsasən, raket 2 700 km məsafəni qət edib. BMT qətnamələrinin pozulduğunu qeyd edən Y.Suqa rəsmi Pxenyana qarşı cavab tədbirlərin görüləcəyini bəyan edib.

***

01:49

Şimali Koreya Yaponiya istiqamətində raket buraxıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, buraxılan raket Yaponiyanın şimal-şərq bölgəsi üzərindən Sakit okean istiqamətində uçub.

Tipi məlum olmayan raket Sunan şəhəri yaxınlığından buraxılıb. Cənubi Koreya hərbçiləri raketin Yaponiya üzərindən uçduğunu təsdiqləyib. Yaponiya hökuməti əhalini ehtiyat tədbirləri görməyə çağırıb. Xəbərdarlıq Hokkaydo, Aomori, Miyaqi, İvate, Akita və Yamaqata prefekturalarına şamil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR