Bakıda evdən 26 min manat oğurlayan dəstə üzvləri saxlanılıb

Bakıda evdən 26 min manat oğurlayan dəstə üzvləri saxlanılıb
# 16 yanvar 2020 11:49 (UTC +04:00)

Bakıda ev qarət edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 2-də rayon ərazisindəki evlərin birindən 26 758 manat, televizor və noutbuk oğurlamaqda şübhəli bilinən Sahil qəsəbə sakinləri D. İbayev, X. Hüseynov, əvvəllər məhkum olunmuşlar - B. Cabbarov və T. Həbiyev saxlanılıblar.

Ətraflarında aparılmış tədbirlərlə onların rayon ərazisindəki 1 qarajdan 4 ədəd təkər, su mühərriki və velosiped oğurlamaları da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR