Tovuzda həyat yoldaşını bıçaqlayan şəxs saxlanılıb

Tovuzda həyat yoldaşını bıçaqlayan şəxs saxlanılıb
# 16 iyul 2018 07:35 (UTC +04:00)

Tovuz rayonunda həyat yoldaşını bıçaqlayan şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan APA-nın qərb bürosuna verilən məlumata görə, iyulun 15-də rayonun Avaztəpə kənd sakini, 60 yaşlı Lətifə İsmayılova bədənin müxtəlif nahiyələrinin bıçaq yaraları ilə xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

L. İsmayılovanın həyat yoldaşı, 1953-cü il təvəllüdlü Əliyev Mahir Bəbir oğlu tərəfindən bıçaqlandığı məlum olub. M. Əliyev saxlanılıb. Məlumata görə, M. Əliyev əvvəllər adam öldürməyə görə məhkumlu həyatı yaşayıb.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR