Alpinistlərin meyitləri ekspertizadan sonra ailələrinə təhvil verilib

Alpinistlərin meyitləri ekspertizadan sonra ailələrinə təhvil verilib
# 17 may 2018 08:37 (UTC +04:00)

Dünən tapılmış alpinistlərin meyitləri ekspertizadan sonra ailələrinə təhvil verilib.

Bu barədə APA-ya Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən məlumat verilib.

Meyitlər Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsində ekspertizadan keçirilib.

Müayinələrdən sonra meyitlər ailələrinə təhvil verilərək dəfn üçün Bakıya göndərilib.

Məlumatda qeyd edilir ki, meyitlərin ilkin müayinəsi zamanı heç bir xəsarət halları aşkar edilməyib. Ekspertizanın yekun nəticələri isə laborator müayinələrdən sonra bəlli olacaq.

Xatırladaq ki, "Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxaraq geri qayıtmamışdılar.

Alpinistlərin meyitləri dünən axşam saatlarında tapılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR