Bortnikov: "Türkiyə terror aktının qarşısı almaqda bizə kömək edib"

Bortnikov: "Türkiyə terror aktının qarşısı almaqda bizə kömək edib"
# 04 aprel 2018 10:24 (UTC +04:00)

Türkiyə Rusiya xüsusi xidmət orqanlarına terror aktının qarşısını almaqda kömək edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu VII Beynəlxalq Təhlükəsizlik Konfransında çıxış edən Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov bildirib.

“Xüsusi xidmət orqanları xarici həmkarlarının sayəsində iki terror aktının qarşısını almağa nail olub. Bildiyiniz kimi, ötən il ABŞ-dan olan həmkarlarımız yeni il öncəsi Sankt-Peterburqda hazırlanan terror aktı barədə Rusiyanı xəbərdar etmişdilər. Həmin vaxt türkiyəli tərəfdaşlarımızdan aldığmız məlumat sayəsində daha bir terror aktının qarşısını almağa nail olunub. Bütün bunlar yüzlərlə mülki vətəndaşların həyatının qorunub saxlanılmasını mümkün edib. Bu, terrorla mübarizə sahəsində məsuliyyətli əməkdaşlığa nümunədir”, - deyə Bortnikov söyləyib.


Rusiya FTX direktorunun sözlərinə gör, ötən il güc strukturları 25 terror aktının qarşısını alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR