Çində iki yaşayış evi yanıb, 11 nəfər ölüb

Çində iki yaşayış evi yanıb, 11 nəfər ölüb
# 25 sentyabr 2017 03:18 (UTC +04:00)

Çinin şərqində yerləşən Yuhuan şəhərində iki yaşayış evində baş verən yanğın nəticəsində 11 nəfər ölüb, 12 nəfər xəsarət alıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, 150 kvadrat metr əhatə edən yanğın hazırda söndürülüb, hadisə yerində xilasedici əməliyyat davam etdirilir.

Məlumata əsasən, yaralılardan 2-nin vəziyyəti ağır kimi qiymətləndirilir. Yanğının səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırmalara başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR