Xaçmazda metlax sexində yanğın olub

Xaçmazda metlax sexində yanğın olub
# 31 mart 2017 16:58 (UTC +04:00)

Xaçmaz rayonunda metlax sexində yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə Xaçmaz-Niyazabad yolunun 5-ci kilometrliyində baş verib.

Vətəndaşa məxsus ümumi sahəsi 360 m2 olan metlax sexinin dam örtüyü 50 m2 sahədə və içəridə olan plastmas qəliblər yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR