Sələmçiyə borcunu qaytara bilməyən Ağsu sakini intihara cəhd edib

Sələmçiyə borcunu qaytara bilməyən Ağsu sakini intihara cəhd edib
# 22 dekabr 2016 11:15 (UTC +04:00)

Ağsu rayonunda intihara cəhd hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Ağsu şəhərinin Niyazi Tağızadə küçəsindəki 27 saylı mənzildə qeydə alınıb. Ev sahibi, 1971-ci il təvəllüdlü Əzizova Zərnişan Əlisa qızı üzüm sirkəsi içərək intihara cəhd edib. İki övladı olan Zərnişan Əzizova Ağsu rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun sələmçidən faizlə pul götürməsi və onu geri qaytara bilməməsi səbəbindən intihara cəhd etdiyi bildirilir.

Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR