Ələt-Astara yolunda avtomobil aşıb, bir nəfər ölüb, 4 nəfər xəsarət alıb

Ələt-Astara yolunda avtomobil aşıb, bir nəfər ölüb, 4 nəfər xəsarət alıb
# 26 iyul 2017 12:27 (UTC +04:00)

Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, səhər saatlarında Ələt-Astara magistralının Salyan rayonunun Dayıkənd kəndi ərazisində "Mercedes" markaklı, 90-BA-452 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb.

Nəticəcədə sürücü, Cəlilabad rayon sakini, 1990-cı il təvəllüdlü Elvin Telman oğlu Xanməmmədov hadisə yerində ölüb. Avtomobildəki sərnişinlər - Cəlilabad sakinləri, 1961-ci il təvəllüdlü Nigar Əziz qızı Abışova, 1976-cı il təvəllüdül Fiqurə Əziz qızı Quliyeva, 1946-cı il təvəllüdlü Telman Qulam oğlu Quliyev və 1954-cü il təvəllüdlü Vəsmə Xanoğlan qızı Quliyeva xəsarət alaraq Salyan Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirliblər. Onların həyətı üçün təhlükə olmadığı bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR