Aİ təmsilçisi: “Azərbaycanın nəqliyyat qovşağına çevrilməsi və iqtisadiyyatının şaxələnməsinə dəstək verməyə hazırıq"

Aİ təmsilçisi: “Azərbaycanın nəqliyyat qovşağına çevrilməsi və iqtisadiyyatının şaxələnməsinə dəstək verməyə hazırıq"
# 07 may 2018 13:52 (UTC +04:00)

“Biz həm təhlükəsizlik, enerji sahəsində əməkdaşlıq etmək, həm də insan hüquqları və dövlət idarəçiliyi sahəsində nailiyyətlərə çatmaq istəyirik”.

APA-nın məlumatına görə, bunu Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasında Avropa Xarici Fəaliyyət Xidmətinin Avropa və Mərkəzi Asiya üzrə icraçı direktorunun müavini, Rusiya, Şərq Tərəfdaşlığı, Mərkəzi Asiya və ATƏT üzrə direktoru Lyuk Devin bildirib.

L. Devin deyib ki, Avropa İttifaqı və Azərbaycan arasında sazişlə əlaqədar insan hüquqları sahəsində bir sıra irəliləyişlərə nail olunub: “Ticarət sahəsində bütün fəsillər üzrə danışıqları davam etdirmək istəyirik. Ümumdünya Ticarət Təşkilatına üzvlük önəmlidir. Azərbaycanın öz iqtisadi gücünə arxalanaraq üzvlüklə bağlı nailiyyətlər əldə edə bilməməsini anlaya bilmirik. İqtisadiyyatı Azərbaycandan zəif olan ölkələr bu istiqamətdə nailiyyətlər qazanıb”.

L. Devin qeyd edib ki, Avropa İttifaqı Azərbaycanın nəqliyyat qovşağına çevrilməsi və iqtisadiyyatının şaxələnməsinə dəstək verməyə hazırdır: “İnanıram ki, Avropa Parlamenti bu sahədə əsas oyunçulardan biri olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR