Gəncədə “Rossotrudniçestvo”nun filialı açılacaq

Gəncədə “Rossotrudniçestvo”nun filialı açılacaq
# 12 dekabr 2016 13:28 (UTC +04:00)

Rusiyanın MDB, xaricdə yaşayan soydaşların işləri və beynəlxalq humanitar əməkdaşlıq üzrə agentliyi - “Rossotrudniçestvo” Azərbaycanda yeni filial açmaq niyyətindədir.

APA-nın məlumatına görə, bunu “RİA Novosti”yə müsahibəsində agentliyin rəhbəri Lyubov Qlebova deyib. O bildirib ki, mərkəzlərin açılması hökumətlərarası sazişlərin icrasına uyğun aparılır: “Adətən bizim nümayəndəliklər paytaxtlarda açılır. Lakin praktika göstərir ki, başqa şəhərlərdə də maraq var. Agentliyin Azərbaycanın Gəncə, Ermənistanın Gümrü və Tacikistanın Xocənd şəhərlərində nümayəndəliklərinin açılması planlaşdırılır”.


L. Qlebova hazırda agentliyin 80 ölkədə 94 nümayəndəliyinin fəaliyyət göstərdiyini söyləyib.

Xatırladaq ki, “Rossotrudniçestvo”nun Bakıda nümayəndəliyi var.

İsmayıl Fətəliyev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR