Prokuror xalası qızına qarşı dələduzluq edən şəxsə cəza istəyib

Prokuror xalası qızına qarşı dələduzluq edən şəxsə cəza istəyib
# 07 dekabr 2016 12:29 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Cavahir Babayeva və Fuad Məmmədbəylinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxslərin cinayətinin məhkəmə istintaqı zamanı da sübuta yetirildiyini deyib.

Prokuror C. Babayevanın 9 il 6 ay, F. Məmmədbəylinin isə 8 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi dekabrın 14-də davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən C. Babayeva tanışı F. Məmmədbəyli ilə birlikdə xalası qızı Zahidə Hüseynovanın 49 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR