SKMF Oğuzda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır

SKMF Oğuzda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır
# 28 iyul 2017 14:04 (UTC +04:00)

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Oğuz rayonunda işgüzar forum keçirib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, işgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Oğuz rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- İri fermer, cins heyvandarlıq, tütünçülük, üzümçülük, bağçılıq, arıçılıq təsərrüfatlarının yaradılması;

- Meyvəqurutma və pendir istehsalı müəssisələrinin yaradılması.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi üçün müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ə müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR