Ağstafada su idarəsinin işçisi krandan yıxılaraq xəsarət alıb

Ağstafada su idarəsinin işçisi krandan yıxılaraq xəsarət alıb
# 30 may 2018 16:35 (UTC +04:00)

Ağstafa sakini ağır xəsarət alıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Eynallı kənd sakini, 1988-ci il təvəllüdlü İmamverdiyev Kamil İlham oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Ağstafa Su idarəsinin işçisi olan K. İmamverdiyevin iş zamanı qaldırıcı krandan yerə yıxılaraq xəsarət aldığın bildirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR