TQDK orta ixtisas təhsili müəssisələrinin plan yerlərinə qəbul olan abituriyentlərə müraciət edib

TQDK orta ixtisas təhsili müəssisələrinin plan yerlərinə qəbul olan abituriyentlərə müraciət edib
# 08 sentyabr 2015 12:24 (UTC +04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən məlumatda bildirilib ki, hazırkı tarixə olan məlumata görə, tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan 904 abituriyentdən 295 nəfəri qəbul olduğu təhsil müəssisəsində qeydiyyatdan keçib.

Qeydiyyat sentyabrın 10-dək davam edəcək. Göstərilən vaxtadək abituriyentlər sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas məktəbinə göndərilməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR