DMX rəisi ARDNŞ və  bp şirkətinin nümayəndə heyəti ilə görüşüb

DMX rəisi ARDNŞ və  bp şirkətinin nümayəndə heyəti ilə görüşüb
# 08 sentyabr 2015 12:36 (UTC +04:00)

Xidmətin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, “bp Exploration (Caspian Sea) LTD” şirkətinin rəhbəri cənab Gordon Birrell məmnuniyyət hissi ilə Azərbaycanın neft-qaz sektorundakı işlərdə təmsil olunmanın yüksək səviyyədə davam etdiyini bildirib, “Şahdəniz-2” qaz yatağının işlənməsi, habelə dayaz sulu “Abşeron” yatağı üzrə geoloji-kəşfiyyat işlərinə hazırlıq barədə məlumat verib. Qeyd edib ki, “Azəri-Çıraq-Günəşli” blokunun istismarının davam etməsi, həmçinin “Şahdəniz-2”nin tikinti fazası mərhələsində ölkənin miqrasiya qanunvericiliyinə tam əməl olunur. 2013-cü ildə imzalanmış layihənin işçi heyətinin milliləşməsinə dair razılıq əsasında transmilli neft-qaz layihələrində Azərbaycan vətəndaşlarının təmsil olunmalarının göstəricilərinin artırılması gündəlik diqqət mərkəzindədir.

Xidmət rəisi bildirib ki, son illər bp şirkətinin əldə etdiyi nailiyyətlər, nəticələr sevindiricidir və işlərin ahənginin bu şəkildə davam etməsi üçün Dövlət Miqrasiya Xidməti bundan sonra da öz dəstəyini göstərəcəkdir. O, milliləşmə siyasəti ilə bağlı bp şirkətinin və podratçı müəssisələrin, ARDNŞ nümayəndələrinin fəaliyyətini yüksək qiymətləndirib. Bu tendensiyanın illik planlara uyğun olaraq davam etməsinin zəruriliyini vurğulayıb və bu prosesə gündəlik diqqət ayırmalarını məmnunluq hissi ilə qeyd edib. Bildirib ki, bundan sonra da neft-qaz sektorunda işlərin qrafikə uyğun davam etməsi məqsədilə yüksək səviyyəli, zəngin təcrübəli əcnəbi mütəxəssislərin layihələrə cəlb olunmaları prosesinə Dövlət Miqrasiya Xidməti tərəfindən çevik, operativ yanaşılma davam edəcək. F.Nəbiyev razılıq hissi ilə qeyd edib ki, qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi, gündəlik işgüzar təmaslar yaranan texniki problemlərin birgə həllinə öz töhfəsini verməkdədir.

Görüşün sonunda qarşıdakı illər ərzində işlərin daha da artmasına rəğmən, milliləşmə strategiyasının önəmi bir daha qeyd olunub, bp və ARDNŞ tərəfindən neft və qaz sənayesindəki yerli peşəkar kadrların inkişafını dəstəkləmək üçün işəgötürmə kampaniyalarının, təhsil və təlim proqramlarının təşkili istiqamətində birgə işlər davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR