Nazirlik: Bu il 21 nəfər əvvəlki iş yerinə bərpa olunub

Nazirlik: Bu il 21 nəfər əvvəlki iş yerinə bərpa olunub
# 20 dekabr 2016 09:12 (UTC +04:00)

Vətəndaş müraciətlərinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin həyata keçirdiyi tədbirlər nəticəsində cari ilin yanvar-noyabr aylarında işəgötürənlər tərəfindən gecikdirilmiş sosial xarakterli ödənişlərdən ibarət 826 min 195 manat məbləğində vəsaitin işçilərə ödənilməsi təmin edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, həmin vəsaitin 782 min 531 manatı (94,7%) gecikdirilmiş əmək haqlarından, 25 min 774 manatı (3,2%) işəgötürənlər tərəfindən işçilərə ödənilməli olan sosial müavinətlər və kompensasiyalardan ibarət olub. Qalan hissəsini isə zərərə görə ödənclər təşkil edib. Ayrı-ayrı vətəndaşların işdən qeyri-qanuni şəkildə azad edilmələri ilə bağlı müraciətlərlə əlaqədar görülən tədbirlər nəticəsində isə 21 nəfər işçinin yenidən əvvəlki işlərinə bərpa edilmələri təmin olunub.

Qeyd olunanlarla bərabər, cari ilin ötən dövründə əmək qanunvericiliyinə əməl olunması ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən işəgötürənlər arasında maarifləndirmə işləri də davam etdirilib. Xidmətin əməkdaşları əmək qanunvericiliyində əməyin mühafizəsi ilə bağlı qeyd olunan norma və standartların tətbiqi barədə işəgötürənləri ətraflı şəkildə məlumatlandırırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR