Şəmkirdə qadın özünü qatarın altına atıb

Şəmkirdə qadın özünü qatarın altına atıb
# 31 avqust 2017 14:47 (UTC +04:00)

Şəmkir sakini intihara cəhd edib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Zəyəm qəsəbəsində 1993-cü il təvəllüdlü Pərvanə İsmayılova özünü hərəkətdə olan qatarın altına atıb. Ağır bədən xəsarətləri alana qadın dərhal xəstəxanaya çatdırılıb. Vəziyyətinin ağır-orta ağır olduğu bildirilir.

Məlumata görə, P. İsmayılovanın intihara cəhd etməsinin səbəbi həyat yoldaşından boşanması olub.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR