Bank Of Baku

"Aztelekom"un Bərdə filialında seyfdən 19000 manat oğurlayan şəxs saxlanılıb

Bərdədə seyfdən oğurlanan pullar

© APA | Bərdədə seyfdən oğurlanan pullar

# 31 avqust 2021 10:56 (UTC +04:00)

Avqustun 27-də Bərdə rayon sakini İsmayıl Məmmədov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus 19000 manat pulun oğurlanması barədə məlumat verib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, daxil olmuş məlumat əsasında RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində İ.Məmmədovun Aztelekom MMC-nin filialında yerləşən otağındakı seyfdən 19000 manat pulu oğurlayan şəxsin həmin müəssisənin əməkdaşı İsmayıl Eminov olduğu müəyyən edilib. İsmayıl Eminov istintaqa təqdim olunmaqla şübhəli şəxs qismində saxlanılıb və oğurlanmış pullar maddi sübut kimi götürülüb. 

Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR