Xaçmazda maşın ağaca çırpılıb, ölən və xəsarət alan var - FOTO - YENİLƏNİB

Xaçmazda maşın ağaca çırpılıb, ölən və xəsarət alan var - FOTO - YENİLƏNİB
# 26 dekabr 2019 10:39 (UTC +04:00)

Xaçmazda baş verən yol qəzasında ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, qəza nəticəsində Xaçmazın Üçkün kənd sakini, 1938-ci il təvəllüdlü Əliyev İkram Gülbala oğlu ölüb, 1972-ci il təvəllüdlü Gülməmmədova İlhamə Məmməd qızı xəsarət alıb.

***

Saat 09:26

Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Xaçmaz-Quba yolunun Xaçmazın Yürgüc kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Toyota Prado” markalı maşın yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib, sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların hər ikisi sıxılmış vəziyyətdə maşında qalıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR