Vəkilliyə qəbul olunmuş şəxslər and içib

Vəkilliyə qəbul olunmuş şəxslər and içib
# 06 iyun 2018 09:36 (UTC +04:00)

Bu gün Vəkillər Kollegiyası "Vəkilliyin elektron məhkəmə informasiya sisteminə inteqrasiyası" mövzusunda tədbir və vəkilliyə qəbul olunmuş şəxslərin andiçmə mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov Vəkillər Kollegiyası Rəyasət Heyətinin yenidən formalaşmasının 6 ayının tamam olduğunu, ötən müddət ərzində bir sıra mühüm işlər görüldüyünü nəzərə çatdırıb.

A. Bağırov Vəkillər Kollegiyasının saytında vəkillərin reyestrinin yerləşdirildiyini, bunun müəyyən şəxslərin vəkil kimi özlərini təqdim etməsinin qarşısını almaq üçün vacib olduğunu söyləyib. Vəkillər Kollegiyasının sədri ötən müddətdə bir sıra qonşu ölkələrin Vəkillər kollegiyaları ilə əlaqələr yaradıldığını qeyd edib.

Ədliyyə Nazirliyinin "Elektron Məhkəmə" informasiya sistemi üzrə İşçi Qrupunun rəhbəri, hakim Ramin Qurbanov Azərbaycanda elektron məhkəmə quruculuğu sahəsində görülən işlərdən və bu sahədə atılan addımların ölkədə biznes mühitinin yaxşılaşmasına təsirindən danışıb. R. Qurbanov vəkilliyin elektron məhkəmə informasiya sisteminə inteqrasiyasının vacib olduğunu söyləyib.

Tədbir müzakirələrlə davam edib.

Sonda vəkilliyə qəbul olunmuş şəxslər and içib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR