Futbol üzrə klublararası dünya çempionatının bütün iştirakçıları müəyyənləşib

Futbol üzrə klublararası dünya çempionatının bütün iştirakçıları müəyyənləşib
# 30 noyabr 2017 04:06 (UTC +04:00)

Dekabrda Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək futbol üzrə klublararası dünya çempionatının bütün iştirakçıları məlum olub.

APA-nın xəbərinə görə, noyabrın 30-a keçən gecə Braziliyanın “Qremio” klubu Libertadores Kubokunun finalında Argentinanın “Lanus” klubunu üstələyərək turnirə son vəsiqəni təmin edib.

Beləliklə klublararası dünya çempionatı-2017-də aşağıdakı komandalar iştirak edəcək:

“Real” (İspaniya)

“Qremio” (Braziliya)
”Urava Red Daymonds” (Yaponiya)

“Vidad” (Mərakeş)
”Paçuka” (Meksika)
”Oklend Siti” (Yeni Zelandiya)

“Əl-Cəzirə” (BƏƏ).

Çempionatın yarımfinal matçları dekabrın 12-13-də, üçüncü yer uğrunda görüş və final isə dekabrın 16-da baş tutacaq.

Qeyd edək ki, futbol üzrə klublararası dünya çempionatı 2000-ci ildən etibarən keçirilir. İndiyədək turnirdə 9 dəfə Avropa, 4 dəfə isə Cənubu Amerika təmsilçiləri qalib qəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR