Dövlət qulluğuna qəbulda iştirakın qiyməti yeni qaydalardan sonra müəyyənləşəcək

Dövlət qulluğuna qəbulda iştirakın qiyməti yeni qaydalardan sonra müəyyənləşəcək
# 06 mart 2017 17:31 (UTC +04:00)

Nazirlər Kabineti tərəfindən yeni qaydalar təsdiqləndikdən sonra dövlət qulluğu üzrə test imtahanlarında iştirakın qiyməti müəyyənləşdiriləcək.

APA-nın xəbərinə görə, Tarif (qiymət) Şurasının Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə 6 mart 2017-ci il tarixli qərarında bildirilib ki, Tarif (qiymət) Şurasının Katibliyi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli 1008 nömrəli Fərmanının 1.1.5-ci bəndinə uyğun olaraq test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması qaydası Nazirlər Kabineti tərəfindən təsdiq edildikdən sonra dövlət qulluğu üzrə test imtahanlarında iştirak etmək üçün ödənişin məbləğinin müəyyənləşdirilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsini təmin etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR