Kuarejma Aziz Yıldırıma cavab verib

Kuarejma Aziz Yıldırıma cavab verib
# 28 yanvar 2017 15:42 (UTC +04:00)

"Beşiktaş"ın portuqaliyalı futbolçusu Rikardo Kuarejma "Fənərbaxça"nın prezidenti Əziz Yıldırıma cavab verib. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, təcrübəli yarımmüdafiəçi "sarı-lacivərtlilər"də çıxış etmək arzusunda olmadığını bəyan edib.

Əziz Yıldırım açıqlamasında Kuarejmanın vəkilinin ona zəng etdiyini və Rikardonun "Fənərbaxça"ya keçmək istədiyini bildirmişdi.

Ulduz futbolçu isə sosial şəbəkədəki paylaşımı ilə bunu təkzib edib. Belə ki, o, "İnstagram" hesabında paylaşdığı fotonun altında bu sözləri yazıb: "Beşiktaş" klubunu çox sevirəm. Başqa heç yerdə oynaya bilmərəm. Sevgilərlə... Bazar ertəsi günü görüşərik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR