Hindistanın xarici işlər naziri Azərbaycana gəlir

Hindistanın xarici işlər naziri Azərbaycana gəlir
# 30 mart 2018 16:02 (UTC +04:00)

Hindistanın xarici işlər naziri Suşma Svaraj Azərbaycana rəsmi səfərə gələcək.

APA-nın diplomatik mənbəyə istinadən verdiyi xəbərə görə, xanım S. Svaraj 4-6 aprel tarixlərində Bakıda olacaq.

Rəsmi səfər çərçivəsində S. Svarajın azərbaycanlı həmkarı Elmar Məmmədyarovla ikitərəfli görüşü nəzərdə tutulub. Qonaq aprelin 5-6-da Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçiriləcək “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aralıq nazirlər konfransında da iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR